Dalga Televiziyasi Rusiyada azərbaycanlı biznesmen və oğlu yol qəzasında ölüb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5343
DünənDünən6004
Bu həftəBu həftə36286
Bu ayBu ay42074
Bu günə qədərBu günə qədər8403705

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Rusiyada azərbaycanlı biznesmen və oğlu yol qəzasında ölüb

Rusiyanın Saxalin vilayətində dəhşətli avtomobil qəzasında həlak olan azərbaycanlıların şəxsiyyəti müəyyənləşib.

Saxalin vilayətinin Nevelsk şəhərindəki Azərbaycan icmasının Ağsaqqallar Şurasının sədri Camalxan Kərimovun APA-nın Rusiya bürosuna verdiyi məlumata görə, qəzada ölənlər Azərbaycan vətəndaşları, Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuş Lətif Həsənov və oğlu Elnur Həsənovdur.

C. Kərimov Lətif Mədət oğlu Həsənovun Nevelsk şəhərində bizneslə məşğul olduğunu söyləyib: "Lətif Həsənovun bir neçə ərzaq mağazası var. Bu dəhşətli hadisə də oğlu ilə Cənubi Saxalindən Nevelskdə yerləşən mağazalarına mal gətirərkən baş verib. Hazırda həmyerlilərimizin cəsədləri Cənubi Saxalindədir. Hava şəraiti pis olduğundan cəsədlərin Azərbaycana göndərilməsi yubanır". 

Saytda Axtarış

ახალი ამბები