Dalga Televiziyasi Bakı-Quba yolunda minik maşını və mikroavtobus toqquşub, bir nəfər ölüb, 8 nəfər xəsarət alıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4986
DünənDünən6004
Bu həftəBu həftə35929
Bu ayBu ay41717
Bu günə qədərBu günə qədər8403348

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakı-Quba yolunda minik maşını və mikroavtobus toqquşub, bir nəfər ölüb, 8 nəfər xəsarət alıb

Bu gün səhər saatlarında Bakı-Quba yolunda minik maşını ilə mikroavtobusu toqquşması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəzada ölən şəxs “Mercedes” markalı minik maşınının sürücüsü, 1954-cü il təvəllüdlü Şövkət Qubadovdur.

Xəsarət alan 1988-ci il təvəllüdlü Vüqar İsmayılov, 1947-ci il təvəllüdlü İradə Əlimuradova, 1996-cı il təvəllüdlü Hüseyn Hacıyev, 1960-cı il təvəllüdlü Vaqif Bətərov Quba Mərkəzi Rayon Xəstəxanasına, Nigar Haktari Quba Müalicə Diaqnostika Mərkəzinə, 1977-ci il təvəllüdlü Zaur Əsədov, 1996-cı il təvəllüdlü Aygün Abdurəhmanova və hələlik kimliyi məlum olmayan bir nəfər isə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qəzada ölən sürücünün oğlu da bir neçə il öncə yol qəzasında dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

 

Saytda Axtarış

ახალი ამბები