Dalga Televiziyasi Gürcüstanın Milli Parlament Kitabxanasında Məhəmməd Əmin Rəsulzadənin unikal fotosu qorunur
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün875
DünənDünən6004
Bu həftəBu həftə31818
Bu ayBu ay37606
Bu günə qədərBu günə qədər8399237

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın Milli Parlament Kitabxanasında Məhəmməd Əmin Rəsulzadənin unikal fotosu qorunur

Gürcüstanın Milli Parlament Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin unikal fotosu qorunur.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, M. Ə. Rəsulzadənin gənclik şəklinin əks olunduğu fotoaçıqca barədə məlumatda onun lentə alınma tarixinin məlum olmadığı qeyd olunub. Açıqcanın arxa tərəfində "Tatar" "İqbal" qəzetinin redaktoru Məmməd Əmin Rəsulzadə yazılıb.

Fotoaçıqcanın yer aldığı unikal kolleksiyanı tarix və dokumentalistika ilə maraqlanan Luarsab Toqonidze 2009-cu ildə Gürcüstanın Milli Parlament Kitabxanasına təqdim edib.

M. Ə. Rəsulzadənin fotoaçıqcasının da yer aldığı kolleksiyaya ümumilikdə 2 min fotoşəkil daxildir. Bu sənədlər müxtəlif vaxtlarda müxtəlif insanlardan əldə olunub.

Gürcü yazıçılar, elm və ictimai xadimlər, incəsənət adamlarının fotoşəkillərinin olduğu bu kolleksiya Gürcüstanın XIX-XX əsr ictimai tarixinin qiymətli mənbəyi hesab olunur.

Saytda Axtarış

ახალი ამბები