Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1351
DünənDünən3053
Bu həftəBu həftə4404
Bu ayBu ay99372
Bu günə qədərBu günə qədər8461003

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“Sürücü bir anlıq maqnitofona baxıb…” - Yaralı Əfsər danışır

““Ford”un sürücüsü Namiq dayı deyib-gülən biri olduğu üçün həmişə tələbələr onunla getmək istəyirdi. Nə bilərdik, başımıza belə bir hadisə gələcək”.

Bu sözləri “Dalga tv”ye martın 9-da Bakı-Sumqayıt yolunda baş vermiş qəzada yaralanan Əfsər Cəbiyev deyib. İqtisadiyyat fakültəsinin ikinci kurs tələbəsi olan Əfsər həmin günü belə xatırlayır:

“Mənim dərsim günorta başlayır. Həmin gün sərbəst işlərimi yazmaq üçün tezdən kitabxanaya gedirdim. İkinci kursam və 1 ildən çoxdur ki, həmin “Ford”un sürücüsü Namiq dayı ilə gedib gəlirəm. Namiq dayı 14 ildir ki, Bakıdan SDU-ya tələbə aparır. Hətta sürətli sürənləri də həmişə qınayırdı ki, tələbə daşıdıqları üçün ehtiyatlı olmalıdırlar.

Qısacası, ünsiyyətcil insan olduğu üçün tələbələrin hörmətini qazanmışdı, çox vaxt onunla getmək istəyirdik. “Ford” çox vaxt dolu olur, bir neçə nəfər də ayaqüstə dururdu. Həmişə 8-ə 15 dəqiqə qalmış çıxırdılar, bu dəfə isə 8 tamamda çıxdıq. Həm də əvvəlki günlərə nisbətən daha çox tələbə minmişdi. Polis rəislərinin işə çıxdığı vaxt olduğundan çox da gözə görünməmək üçün bu dəfə həmişəkindən sürətli gedirdik. Mən həmin anı xatırlamıram, ancaq bizimlə mikroavtobusda olan bir uşaq sürücünün bir anlıq maqnitofona baxdığını və ondan sonra mişar daşlarına dəydiyini deyir. Ondan sonrasını da bilirsiz”.

Əfsər Cəbiyev sabah xəstəxanadan evə buraxılacaq. Baş ağrıları hələ olsa da, sakitlik üçün müalicəsini ev şəraitində davam etdirəcək. Tələbə hazırda onunla birlikdə müalicə alan Aydan və Aytənin vəziyyətinin ağır olduğunu, Aydanın gəzə bilmədiyini deyib:

“Xəstəxana bir az səs-küylüdür. Mənə isə sakitlik lazımdır. Həm universitet heyəti, həm də həkimlər bizə qarşı çox diqqətli oldu. Ümid edirəm, bir də belə hadisə yaşanmaz”.

AZAL Bakı-Tbilisi-Bakı aviareyslərinin sayını 10-a çatdırır

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Tbilisi-Bakı marşrutu üzrə aviareyslərin sayın artırır.

"APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyinin yaydığı məlumatda bildirilir.

Qurum bildirir ki, artıq AZAL müvafiq razılığı əldə edib.

Aviareyslər "Airbus A319" markalı təyyarə ilə yerinə yetiriləcək.

Hazırda AZAL qeyd edilən marşrut üzrə həftədə 7 dəfə uçur.

AZAL prezidentinin köməkçisi Paşa Kəsəmənski isə "APA-Economics"ə bildirib ki, martın 26 etibarən uçuşlar yay qrafikinə əsasən yerinə yetiriləcək. Beləliklə, martın son bazar günündən etibarən bu marşrut üzrə həftə ərzində yerinə yetirilən aviareyslərin sayı 8-ə çatdırılacaq. Mayın 2-dən isə reyslərin sayı 9-dək, mayın 4-dən isə 10-dək artırılacaq.

SOCAR-a işə düzəltmək adı ilə dələduzluq edən şəxs təcridxanada öldüyündən cinayət işinə xitam verilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elbrus Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, prosesə sədrlik edən hakim Eldar Mikayılov bildirib ki, E. Ağayev ötən ilin noyabrın 18-də Bakı İstintaq Təcridxanasında ürək tutmasından vəfat edib. Buna görə təqsirləndirilən şəxsin hüquqi varisi cinayət işinə xitam verilməsi üçün məhkəməyə ərizə ilə müraciət edib.

Hakimlər Kollegiyası müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, E. Ağayev vəfat etdiyindən, onun barəsində seçilmiş cinayət işinə xitam verilib.

Qeyd edək ki, 2015-ci ilin fevralında Sabunçu rayonu Maştağa qəsəbə sakini, 1981-ci il təvəllüdlü Camalov Həmid Məşədibaba oğlu istintaq orqanlarına müraciət edərək bildirib ki, külli miqdarda pulu mənimsənilib. Şikayətçi 2014-cü ilin 20 sentyabr tarixində İstiqlaliyyət küçəsi 26 ünvanında tanışı, Binəqədi rayon sakini Ağayev Elbrus Rəmzi oğluna işə düzəlmək üçün 13 min manat pul verdiyini deyib. E.Ağayev H.Camalova söz verib ki, onun Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) işə düzəldəcək. Lakin sonradan məlum olub ki, H.Camalov pulu mənimsəyib və vəsaiti geri qaytarmayıb.

Goranboyda 11 yaşlı məktəbli avtomobillə vurulub

Goranboyda məktəblini maşın vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Xan Qərvənd kəndində orta məktəbin yaxınlığında “Niva” markalı avtomobil yolu keçən məktəbli, 2006-cı il təvəllüdlü Qasımzadə Ayxan Vüqar oğlunu vurub. Xəsarət alan uşaq dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.

ABŞ-ın Gürcüstandakı səfirliyi Marneulidə azərbaycanlıların vəziyyəti ilə maraqlanıb

ABŞ-ın Gürcüstandakı səfirliyinin əməkdaşları azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olub, bölgədəki vəziyyət, insanların həyat şəraiti ilə maraqlanıblar.

Marneuli Bələdiyyəsinin başçısı Merab Topçişvili səfirliyin əməkdaşlarına ətraflı məlumat verib. Bildirib ki, bu gün rayonda 128 min 100 nəfər yaşayır. Onların 86,4 faizini azərbaycanlılar təşkil edirlər.

Azərbaycanlılar Gürcüstan dövlətinin möhkəmlənməsində, müstəqilliyinin qorunmasında, iqtisadi inkişafında mühüm rol oynayırlar. Rayon gənclərinin sosial problemlərinin həlli, onlar üçün məşğulluq və əyləncə mərkəzlərinin yaradılması istiqamətində görülən işlər də diqqət mərkəzində olub.

Merab Topçişvili azərbaycanlıların mədəniyyəti, adət-ənənələri barədə qonaqlara ətraflı məlumat verib, Novruz bayramının mahiyyətindən danışıb. Bu bayramın baharın gəlişi ilə yanaşı, insanlar arasında birlik, bərabərlik bayramı olduğu xüsusi qeyd olunub.

Səfirliyin əməkdaşları martın 21-də Marneulidə keçiriləcək Novruz şənliyinə dəvət olunublar.

Qonaqlara bayram hədiyyələri təqdim olunub.

Bakı-Qazax yolunda iki avtomobil toqquşub, ana və qızı xəsarət alıb

Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Tovuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində Gəncə şəhər sakini, 1955-ci il təvəllüdlü Kifayət Məmmədova və onun qızı 1992-ci il təvəllüdlü Aytən Məmmədova müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Bakıda keçmiş məhkum atasını öldürüb, anasını yaralayıb

Bakıda qətl hadisəsi baş verib.

Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Əbilov küçəsi ev 18/12 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Emin Sadiq oğlu Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Saleh oğlu Sadıqovu bıçaqlayaraq qətlə yetirib.

E. Sadıqov ona mane olmaq istəyən anası, 1967-ci il təvəllüdlü Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib. Y. Sadıqova xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, E. Sadıqov 6 ay əvvəl həbsdən çıxıb.

Onun külli miqdarda borcu olduğu, borcu ödəmək üçün yaşadıqları evi satmaq istədiyi, atası ilə mübahisənin də bu səbəbdən baş verdiyi bildirilir.

E. Sadıqov saxlanılıb. Cinayət işi başlanıb, istintaq gedir.

Qaxda çaydan naməlum qadın meyiti tapılıb

Qaxda çaydan naməlum qadın meyiti tapılıb.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 16 radələrində rayonun Əlibəyli kəndinə gedən yolun yaxınlığından axan çaydan 20-25 yaşlarında olan naməlum qadın meyiti tapılıb. Tapılan meyit ekspertiza olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə verilib.

Hazırda Qax rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları qadının şəxsiyyətinin müəyyənləşdirilməsi və hansı şəraitdə ölməsi istiqamətində araşdırmalar aparır.

Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alan tələbələrdən biri ölüb

akı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alan 1999-cu il təvəllüdlü Nəsirzadə Lalə vəfat edib.

Bu barədə APA-ya 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Mərkəzdən bildiriblər ki, reanimasiya şöbəsində ağır vəziyyətdə olan olan L. Nəsirzadə martın 11-də səhər saatlarında dünyasını dəyişib.

O, Sumqayıt Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin tələbəsi olub.

Qeyd edək ki, hadisə nəticəsində 5 nəfər ölmüşdü.

Bunlar Quliyeva Çinarə Azər qızı (1996-cı il), Nəsibov İbrahim Xəqani oğlu (1996-cı il), Muradova Roza Eynulla qızı (1997-ci il), Quliyev İbrahim Vuqar oğlu (1996-cı il), Caniyev Rəşad Füzüli oğludur(1997-cı il).

Onların hamısı Sumqayıt Dövlət Universitetinin tələbəsidir.

Bakı sakini dərmandan zəhərlənərək ölüb

Bakı sakini dərmandan zəhərlənərək ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 10-da Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan Elman Rəhimov dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada keçinib.
 

Faktla bağlı araşdırma aparılır.

Dəhşətli qəza ilə bağlı cinayət işi açıldı

Bakı-Sumqayıt yolunda 5 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb.

“Dalga tv” xəbər verir ki, bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat veriblər. Məlumata görə, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, sürücü saxlanılıb.

Hadisəni törədən "50-BN-132" dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğludur.

Qeyd edək ki, səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində baş verib. Qəza nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 20-dən çox yaralı var.

O mikroavtobus qanunsuz işləyirmiş - Yeni nazirlikdən açıqlama

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bugünkü dəhşətli qəza ilə bağlı açıqlama yayıb.

"Dalga tv"yə daxil olan məlumatda bildirilir ki, marşrutu üzrə sərnişindaşıma həyata keçirən "50 BL 132" dövlət nömrə nişanlı "Ford Tranzit" markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib. Fəciəyə səbəb olan mikroavtobusa Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fərqlənmə nişanı verilməyib. Eyni zamanda, nəqliyyat vasitəsi Bakı-Sumqayıt marşrutu üzrə sərnişindaşıma xidməti göstərmək üçün tələb olunan müvafiq icazə sənədini də almayıb.

Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma ilə məşğul olan bütün avtobuslar Bakı Beynəlxalq Avtovağzalından hərəkət etməlidir. Qəza törədən mikroavtobus isə qeyri-qanuni olaraq Memar Əcəmi metrostansiyası yaxınlığından sərnişindaşıma xidməti göstərib.

Saytda Axtarış

ახალი ამბები