Dalga Televiziyasi Türk idmançı ermənini yenib, Azərbaycan bayrağı qaldırdı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5237
DünənDünən5354
Bu həftəBu həftə37241
Bu ayBu ay73862
Bu günə qədərBu günə qədər9216340

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Türk idmançı ermənini yenib, Azərbaycan bayrağı qaldırdı

Türkiyə güləşçisi Cemal Mutlu Azərbaycana böyük jest etməsi ilə gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, yunan-Roma güləşçisi gənclər arasında Avropa çempionatında bürünc medal qazanan Mutlu bu sevinci Azərbaycan bayrağını qaldıraraq yaşayıb.

Belə ki, Almaniyanın Dortmund şəhərində keçirilən qitə birinciliyində 50 kq çəki dərəcəsində mübarizə aparan Cemal bürünc medal uğrunda görüşdə ermənistanlı Aşot Mxitaryanla üz-üzə gəlib.

Rəqibini döşəyə çıxmağına peşman edən qardaş ölkə nümayəndəsi 10:2 hesablı qələbə qazanıb. Görüşün ardından isə gənc pəhləvan Türkiyə və Azərbaycan bayraqlarını havaya qaldıraraq döşəkdə dövrə vurub.

Qeyd edək ki, Türkiyə Avropa çempionatında komanda hesabında 3-cü yeri tutub. Rusiya 1-ci, Gürcüstan isə 2-ci pillənin sahibi olub.

Saytda Axtarış

ახალი ამბები