Dalga Televiziyasi Putin idmançılardan üzr istədi
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1646
DünənDünən6204
Bu həftəBu həftə7850
Bu ayBu ay13638
Bu günə qədərBu günə qədər8375269

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Putin idmançılardan üzr istədi

Rusiya prezidenti Vladimir Putin ölkənin 2018-ci il Olimpiya Oyunları ərəfəsində idmançıların dopinq qalmaqalında maraqlarını qoruya bilmədiyi üçün onlardan üzr istəyib.

Dalga tv-nin Oxu.Az-a istinadən məlumatına görə, Rusiya lideri bu barədə Phençan Olimpiadasının rusiyalı idmançı-iştirakçıları ilə görüşdə deyib.

"Sizi qoruya bilmədiyimiz üçün bizi bağışlayın", - Putin deyib.

O qeyd edib ki, Rusiya həmişə təmiz idmanın tərəfdarı olub. 

Putin həmçinin Olimpiya Oyunlarına yollanan rusiyalı idmançılara uğurlar arzulayıb.

"Mən sizə arzu edirəm ki, heç nəyi fikirləşmədən yalnız idman mübarizəsinə diqqətinizi yönəldəsiz. Sizi sevən və qələbənizə inanan minlərlə insan, milyonlarla azarkeş Oyunları izləyəcək".

Saytda Axtarış

ახალი ამბები