Gürcüstandan Azərbaycana keçməyə cəhd edən narkotik alverçisi tutulub

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Kvemo Kartli bölgəsi üzrə departamentinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxsi saxlayıblar.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstan DİN-in məlumatında bildirilir ki, istintaq nəticəsində saxlanılan 1962-ci il təvəllüdlü şəxsin mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən olunub. Saxlanılan şəxsdən tərkibində heroin və morfin olmaqla 4 bağlama narkotik vasitə müsadirə olunub.

Həmin şəxs Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi ərazisində Gürcüstanı tərk etməyə cəhd edərkən saxlanılıb.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 6 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.