Dalga Televiziyasi 36 ölkə “Eurovision 2014” mahnı müsabiqəsində iştirak edəcəyini təsdiqləyib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4984
DünənDünən5773
Bu həftəBu həftə41700
Bu ayBu ay47488
Bu günə qədərBu günə qədər8409119

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


36 ölkə “Eurovision 2014” mahnı müsabiqəsində iştirak edəcəyini təsdiqləyib

alt36 ölkənin ictimai yayımçıları “Eurovision 2014” mahnı müsabiqəsində iştirak edəcəyini təsdiqləyib.


Bu barədə APA müsabiqənin rəsmi saytına istinadən məlumat verir.

Mayın 6-da Danimarkada keçiriləcək sayca 59-cu “Eurovision” müsabiqəsində Azərbaycan, Albaniya, Belarus, Belçika, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Makedoniya, Malta, Moldova, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, İspaniya, İsveç, İsveçrə, Böyük Britaniya, Ukrayna və Ermənistan iştirak edəcək.

Xatırladaq ki, müəyyən maliyyə sıxıntıları üzündən 12 ölkə mahnı müsabiqəsində iştirakdan imtina edib. Öncə Xorvatiya, Slovakiya, Çexiya, Lyuksemburq, sonra isə Bolqarıstan, Bosniya və Herseqovina, Serbiya, Monako, Mərakeş, Kipr və Türkiyə “Eurovision”da iştirak edə bilməyəcəyi haqda müsabiqə təşkilatçılarını məlumatlandırıb.

Mahnı müsabiqəsinin direktoru Yan Ola Sand bu il müsabiqəyə Polşa və Portuqaliyanın qayıtdığını bildirib.

Qeyd edək ki, 2014-cü ildə iştirakçıların sayının azlığına görə “Eurovision” tarixində antirekorda imza atılıb.

Saytda Axtarış

ახალი ამბები