Dalga Televiziyasi İranda fəhlələr etiraz aksiyası keçiriblər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5181
DünənDünən5773
Bu həftəBu həftə41897
Bu ayBu ay47685
Bu günə qədərBu günə qədər8409316

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İranda fəhlələr etiraz aksiyası keçiriblər

altİranın Kürdistan əyalətinin Qürvə şəhərində "Zaqros" poladəritmə zavodunun işçiləri etiraz aksiyası keçirib.

Dalgatv-nin Trend-ə istinadən verdiyi xəbərə görə etiraz aksiyasında zavodun 200 işçisi iştirak edib və onlar Qürvə şəhər İcra Hakimiyyəti qarşısına toplaşaraq 7 aylıq əməkhaqlarını almamalarına etiraz ediblər.

Zavod rəhbərliyi fəhlələrin beş aylıq sığorta haqlarını da ödəməyib. "Zaqros" zavodunun rəhbərliyi İcra Hakimiyyətinə çağırılıb və rəhbərlik fəhlələrin problemlərinin həlli üçün işlər görəcəyinə söz verib.

Qeyd edək ki, ötən həftə də İranda iki iri müəssisənin işçiləri (Kərəc şəhəri yaxınlığında yerləşən və təkər istehsalı ilə məşğul olan "İran Tire" zavodunun 400-dən çox işçisi və Xozestan əyalətində yerləşən "Fəcr" (Fajr) neft-kimya şirkətinin 150-dən çox işçisi) etiraz aksiyaları keçirmişdilər.

Saytda Axtarış

ახალი ამბები