Dalga Televiziyasi Pasxa bayramı qeyd olunur
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5181
DünənDünən5773
Bu həftəBu həftə41897
Bu ayBu ay47685
Bu günə qədərBu günə qədər8409316

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Pasxa bayramı qeyd olunur

alt

Aprelin 20-i Pasxa bayramıdır. Pasxa İsa Peyğəmbərin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən xristian festival və bayramıdır.

Bu bayram xristianlıqda ən vacib ayindir və böyük şadyanalıqla qeyd olunur.

Kilsələr gül-çiçəklə bəzənir. Bu bayramın xüsusi himni və mahnıları var.

Bu bayramın qeyd olunma tarixi hər il dəyişir. Pasxa bayramının tarixi xristianlığın nüvəsidir. “Böyük Cümə” günü İsa peyğəmbər çarmıxa çəkilib. Onun cəsədi dar ağacından götürülüb və mağarada dəfn edilib. Qəbri mühafizə olunub və mağaranın girişinə nəhəng daş qoyulub ki, kimsə meyiti oğurlaya bilməsin.

Bazar günü bir neçə qadın onun məzarına baş çəkir və daşın yerindən tərpədildiyini, qəbrin isə boş olduğunu görür.

Deyilənlərə görə, həmin gün və sonralar İsa Peyğəmbərin özü gözə görünür. Onun davamçıları inanırlar ki, Allah İsa peyğəmbəri dirildib.

 

Saytda Axtarış

ახალი ამბები