Dalga Televiziyasi Marneulidə “Heydər Əliyev Gürcüstan gəncliyinin gözü ilə” mövzusunda konfrans keçirilmişdir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün706
DünənDünən5185
Bu həftəBu həftə706
Bu ayBu ay48395
Bu günə qədərBu günə qədər8410026

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Marneulidə “Heydər Əliyev Gürcüstan gəncliyinin gözü ilə” mövzusunda konfrans keçirilmişdir

altÜmummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində “Heydər Əliyev Gürcüstan gəncliyinin gözü ilə” mövzusunda konfrans keçirilmişdir.
Gürcüstanın 5 ali məktəbində təhsil alan tələbələrin iştirakı ilə keçirilən konfransı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkil etmişdir.
Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva çıxışında ulu öndər Heydər Əliyevin zəngin irsinin hər bir gənc üçün böyük örnək olduğunu bildirmiş, Azərbaycançılıq ideologiyasının, adət-ənənələrimizin, mədəniyyətimizin, tariximizin təbliğində gənclərin qarşısında duran vəzifələrdən söhbət açmışdır. O, Azərbaycan ilə yanaşı, Gürcüstanın da müstəqilliyinin möhkəmləndirilməsi işində, Ulu Öndərin ideyalarına sadiqlik, Gürcüstan cəmiyyətinə inteqrasiya, Gürcüstan-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi məsələlərində gəncləri fəal olmağa çağırmışdır. Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı barədə söhbət açan Nərgiz Əliyeva ölkələrimizin tarixi dostluğunun qorunmasında da gənclərin fəallığının gücləndirilməsinin vacibliyini vurğulamış və Heydər Əliyev fenomeninin dünya miqyasında qəbul edildiyini, Ümummilli Liderimizin zəngin həyat və fəaliyyətinin hər bir azərbaycanlının işıqlı gələcəyinin layiqli yolgöstəricisi olduğunu demişdir.
Müzakirələrdə tələbələr fəal iştirak etmiş, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin gənclərə örnək olduğunu vurğulamışlar.
Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur.

Saytda Axtarış

ახალი ამბები