Dalga Televiziyasi Putindən şok açıqlama: “Poroşenko söz verib ”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1186
DünənDünən5185
Bu həftəBu həftə1186
Bu ayBu ay48875
Bu günə qədərBu günə qədər8410506

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Putindən şok açıqlama: “Poroşenko söz verib ”

altRusiya prezidenti Vladimir Putin Ukrayna sərhədini keçən zaman saxlanılan rus xüsusi təyinatlılarının qaytarılacağına inandığını deyib.

AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, Putin bildirib ki, həmin hərbçilər təsadüfən Ukrayna sərhəddini keçiblər.
Putin əlavə edib ki, Ukrayna prezidenti Petr Poroşenko Rusiya ordusunun desantlarının vətənlərinə qaytarılmasına söz verib:
“Dəfələrlə müxtəlif saylı Ukrayna hərbçiləri sərhədi pozaraq, Rusiyaya keçiblər. Hətta bəzən onlar silahlı da olub. Mən ciddi deyirəm və belə hadisələr dəfələrlə olub. Çünki Ukrayna-Rusiya sərhəddində heç bir qeydiyyat nişanı yoxdur”.

Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna hərbi birləşmələri sərhəddi keçən Rusiya xüsusi təyinatlılarını saxlayıb. Onlar ifadələrində Ukraynaya döyüşlərə qatılmaq üçün göndərildiklərini deyiblər.

Saytda Axtarış

ახალი ამბები