Putindən şok açıqlama: “Poroşenko söz verib ”

altRusiya prezidenti Vladimir Putin Ukrayna sərhədini keçən zaman saxlanılan rus xüsusi təyinatlılarının qaytarılacağına inandığını deyib.

AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, Putin bildirib ki, həmin hərbçilər təsadüfən Ukrayna sərhəddini keçiblər.
Putin əlavə edib ki, Ukrayna prezidenti Petr Poroşenko Rusiya ordusunun desantlarının vətənlərinə qaytarılmasına söz verib:
“Dəfələrlə müxtəlif saylı Ukrayna hərbçiləri sərhədi pozaraq, Rusiyaya keçiblər. Hətta bəzən onlar silahlı da olub. Mən ciddi deyirəm və belə hadisələr dəfələrlə olub. Çünki Ukrayna-Rusiya sərhəddində heç bir qeydiyyat nişanı yoxdur”.

Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna hərbi birləşmələri sərhəddi keçən Rusiya xüsusi təyinatlılarını saxlayıb. Onlar ifadələrində Ukraynaya döyüşlərə qatılmaq üçün göndərildiklərini deyiblər.