Dalga Televiziyasi Dəhşət: 43 tələbə öldürüldü, cəsədləri yandırıldı (FOTO)
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1256
DünənDünən5185
Bu həftəBu həftə1256
Bu ayBu ay48945
Bu günə qədərBu günə qədər8410576

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dəhşət: 43 tələbə öldürüldü, cəsədləri yandırıldı (FOTO)

altMeksikanın Gerreo ştatının İquala şəhərində sentyabrın axırlarında oğurlanmış 40-dan çox tələbə “Gerreros unidos” cinayətkar qruplaşmasının qurbanı olub.

Bunu istintaqın nəticələrini açıqlayan ölkənin baş prokuroru Xesus Murilo Karam bildirib.

Onun dediyinə görə, qruplaşmanın bu yaxınlarda həbs olunmuş üç üzvü tələbələrin öldürülməsində iştirak etdiklərini etiraf ediblər.

Cinayətkarlar tələbələri güllələdikdən sonra cəsədlərini yandırıb, sonra isə basdırıblar. Meksika prezidenti Enrike Penya Neto həlak olmuş tələbələrin valideynlərinə cinayətkarların cəzadan yaxa qurtara bilməyəcəkləri barədə vəd verib.

Qeyd edək ki, sentyabrın 26-da İquala şəhərində polislərin və mülki geyimli şəxslərin təhsil sahəsində islahatlara etiraz edən tələbələri atəşə tutması nəticəsində 6 nəfər ölmüş, 25 nəfər yaralanmış, 43 nəfər isə itkin düşmüşdü.

İstintaq zamanı bəlli olub ki, tələbələr polis işçiləri tərəfindən tutulsalar da, sonradan cinayətkarlara təhvil verilib.

Saytda Axtarış

ახალი ამბები