Dalga Televiziyasi Ərdoğana görə İran Türkiyəyə nota verdi
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1769
DünənDünən5185
Bu həftəBu həftə1769
Bu ayBu ay49458
Bu günə qədərBu günə qədər8411089

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ərdoğana görə İran Türkiyəyə nota verdi

alt

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İranın regiondakı siyasətini tənqid edən ifadələrinə görə Türkiyənin Tehrandakı nümayəndəsi İran Xarici İşlər Nazirliyinə çağırılıb.

AZNEWS.AZ xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Afham Türkiyənin Tehrandakı Müvəqqəti İşlər Vəkili Barış Sayğını Xarici İşlər Nazirliyinə çağıraraq prezident Ərdoğanın İran məsələsində işlətdiyi ifadələrə aydınlıq gətirilməsini tələb edib.

Afham deyib ki, Ərdoğanın İran məsələsində işlətdiyi sözlər adət-ənənələrə zidddir. O, rəsmi Ankaradan bu barədə inandırıcı və aydın cavab istədiyini vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Tehrandakı səfiri Rıza Hakan Tekinin İranda olmadığına görə onun yerinə Müvəqqəti İşlər Vəkili Barış Sayğın çağırılıb.

İranın bəzi siyasətçiləri və millət vəkilləri bəyanatlar verərək Ərdoğanın gələn ay İrana planlaşdırılan səfərinin ləğv edilməsini tələb ediblər.

Millət vəkilləri məsələni parlamentdə müzakirə edəcəklərini də bildiriblər.

Saytda Axtarış

ახალი ამბები