Dalga Televiziyasi Ukrayna Ali Radasının qarşısında nümayişçilər polisə qumbara atıb, yaralılar var - FOTO
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2750
DünənDünən5185
Bu həftəBu həftə2750
Bu ayBu ay50439
Bu günə qədərBu günə qədər8412070

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ukrayna Ali Radasının qarşısında nümayişçilər polisə qumbara atıb, yaralılar var - FOTO

Bu gün Ukrayna Ali Radası “Ukrayna Konstitusiyasına dəyişikliklər edilməsi (hakimiyyətin qeyri-mərkəzləşdirilməsi) haqqında” qanun layihəsini müzakirə edərkən parlament binasının qarşısında nümayişçilərlə polis arasında toqquşma baş verib.

 "DalğaTV"-nin “112.ua” saytına istinadən verdiyi məlumata görə, mitinqçilərin arasından polislərə doğru qumbara atılıb. Nəticədə hüquq-mühafizə orqanlarının təxminən 30 əməkdaşı yaralanıb. Hadisə yerinə təcili yardım maşınları gəlib və yaralılar xəstəxanaya çatdırılıb. Milli Qvardiyadan bildirilib ki, qvardiyanın 20-yə əməkdaşı zərər çəkib. Onlardan ikisinin vəziyyəti ağırdır.  

 “112” telekanalının əməkdaşı hüquq-mühafizə orqanlarının əməkdaşlarına tərəf 2 qumbaranın atıldığını xəbər verib.

 Qeyd edək ki, Ali Rada ölkədə siyasi gərginliyə səbəb olan “Ukrayna Konstitusiyasına dəyişikliklər edilməsi (hakimiyyətin qeyri-mərkəzləşdirilməsi) haqqında” qanun layihəsini ilk oxunuşda qəbul edib. Layihənin lehinə 265 deputat səs verib. Birinci oxunuşdan keçdikdən sonra sənədin qəbulu üçün konstitusion çoxluq – 300 səs tələb olunur. Hakim koalisiyaya daxil olan siyasi qüvvələrdən üçü – “Samopomiç”, Radikal Partiyası və “Yuliya Timoşenkonun bloku” sənədə səs verməyəcəklərini bəyan ediblər. 

  

Saytda Axtarış

ახალი ამბები