Dalga Televiziyasi Moskvanın “Domodedovo” hava limanında yanğın baş verib, Azərbaycana uçuşlar təxirə salınıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2586
DünənDünən5185
Bu həftəBu həftə2586
Bu ayBu ay50275
Bu günə qədərBu günə qədər8411906

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Moskvanın “Domodedovo” hava limanında yanğın baş verib, Azərbaycana uçuşlar təxirə salınıb

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 
Yanğın artıq söndürülüb, hava limanı fəaliyyətini tam bərpa edib

Moskvanın "Domodedovo" hava limanında yanğın baş verib.

APA-Economics”in “İnterfax”a istinadən verdiyi xəbərə görə, yanğın səbəbindən 12 daxili və 4 beynəlxalq aviareys təxirə salınıb. Bunlar Anapa (2 reys), Samara, Kazan, Sankt-Peterburq, Stavropol, Soçi, Həştərxan, Rostov, Krasnodar və Çeboksarı, o cümlədən Moldova, Monteneqro, Ukrayna və Azərbaycan istiqamətində yerinə yetirilməli olan uçuşlardır.

Məlumata görə, yanğın nəticəsində güclü tüstülənmə baş verib. İlkin ehtimallara görə, yanğının baş verməsinə səbəb tikinti materiallarının saxlanıldığı mərtəbədə olan elektrik naqillərindəki nasazlığın baş verməsidir.

Hadisə zamanı 3 mindən artıq insan təxliyyə olunub.

İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Son məlumatlara əsasən, yanğın söndürülüb, hava limanı fəaliyyətini bərpa edib.

Saytda Axtarış

ახალი ამბები