Dalga Televiziyasi Türkiyədə PKK-çıların terror hücümları nəticəsində daha üç polis şəhid olub, altı polis yaralanıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2509
DünənDünən5185
Bu həftəBu həftə2509
Bu ayBu ay50198
Bu günə qədərBu günə qədər8411829

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Türkiyədə PKK-çıların terror hücümları nəticəsində daha üç polis şəhid olub, altı polis yaralanıb

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 
Türkiyədə PKK terrorçularının hücumları davam edir.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sentyabrın 13-ü səhər saatlarında Şırnakda PKK-çılar polis nəzarət məntəqəsinə gətirdikləri bomba yüklü avtomobili partladıblar.

Şiddətli partlayış nəticəsində avtomobil parçalanıb, iki polis şəhid olub, beşi yaralanıb. Yaralılar Şırnak Dövlət Xəstəxanasına yerləşdirilib.

Helikopterlərin dəstəyi ilə terrorçulara qarşı həyata keçirilən əməliyyat nəticəsində iki PKK terrorçusu məhv edilib. Qaçan digər PKK-çıların zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam edir.    

Diyarbəkirdə isə bir polis şəhid olub.

Silvan qəsəbəsində küçələrdə qazılmış xəndəkləri doldurmağa gedən polis heyətinə bir qrup PKK-çı tərəfindən raket atanlar və avtomatlardan atəş açılıb.  

Nəticədə bir polis şəhid olub, bir polis və bir mülki şəxs isə yaralanıb.

Hücum edən PKK-çıların zərərsizləşdirilməsi üçün qəsəbədə genişmiqyaslı əməliyyat keçirilir.

Saytda Axtarış

ახალი ამბები