Dalga Televiziyasi “Mina dağında ölənlərin arasında azərbaycanlı zəvvar yoxdur” - QMİ
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2640
DünənDünən5185
Bu həftəBu həftə2640
Bu ayBu ay50329
Bu günə qədərBu günə qədər8411960

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“Mina dağında ölənlərin arasında azərbaycanlı zəvvar yoxdur” - QMİ

“Məkkədə faciə baş verən ərazidə təxminə 3 milyon zəvvar olub”.

“APA Holding”in Məkkəyə ezam olunmuş əməkdaşı Jalə Məmmədlinin verdiyi məlumata görə, dünən axşam şeytanı daşlamaq üçün daş toplayan zəvvarlar bu gün səhər Mina dağına yola düşüblər.

Onlar səhər saatlarında böyük şeytanın daşlanması əməlini yerinə yetiriblər. Günorta namazına yaxın böyük izdiham yaşanıb. Zəvvarların sıxlıqda bir-birini itələməsi nəticəsində onlardan bəziləri yıxılıb, nəticədə bədbəxt hadisə baş verib: “Hava istidir, namaz vaxtı olduğundan küçələr bağlıdır və bu səbəbdən təcili tibbi yardım maşınları əraziyə gələ bilmir. Düşərgədə olan jurnalistlərin əraziyə getməsinə icazə vermirlər. Ölənlərin sayının artacağı bildirilir”.

Hazırda ərazidə olan Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi bildirib ki, ölənlərin arasında azərbaycanlı yoxdur. Həmin vaxt orada Qazaxıstan və Qırğız Respublikasından ziyarətə gedən zəvvarlar çoxluq təşkil edib.

Saytda Axtarış

ახალი ამბები