Dalga Televiziyasi “Əl-Qaidə” Rusiyanı HƏDƏLƏDİ: “Övladlarınız Suriyadan tabutda qayıdacaq!”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2649
DünənDünən5185
Bu həftəBu həftə2649
Bu ayBu ay50338
Bu günə qədərBu günə qədər8411969

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“Əl-Qaidə” Rusiyanı HƏDƏLƏDİ: “Övladlarınız Suriyadan tabutda qayıdacaq!”

“Əl-Qaidə” qruplaşmasının Suriyadakı filialı olan “Əl Nüsrə Cəbhəsi” qruplaşması Rusiyanın bölgədə Bəşər Əsəd hakimiyyətini qorumaq üçün başlatdığı hava hücumu əməliyyatına görə hədələyib və rus dilində videomüraciət ünvanlayıb.  

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, videoda “Əl-Qaidə”nin 24 yaşlı səhra komandiri Əbu Übeyd əl-Madani və 24 yaşlı təlimatçısı Rafiq Əbu Mustafa çıxış edir.

Terrorçular Bəşər Əsədi “Allahın düşməni" adlandırırlar və onu müdafiə edən rus qoşunları ilə döyüşməkdən çəkinmədiklərini deyirlər: 

“Bəs, rus əsgərləri Putinin eqoizmi, kaprizləri naminə ölməyə hazırdılar? Əgər ruslar bu torpaqlara gəliblərsə, biz onlara rüsvayçılıqla qaçıdıqları Əfqanıstanı xatırladacağıq”.

Mücahidlər Suriyaya gələn rusiyalı əsgərlərin yalınz tabutda bu torpaqları tərk edəcəklərinə söz verirlər.“Sizin övladlarınız Suriyadan tabutda qayıdacaq”, - deyə 2 dəqiqəlik videoda mücahidlər vurğulayırlar.

Sentyabrın 30-dan Rusiya hərbi hava qüvvələri Suriyada vuruşan terrorçu qruplaşmaların mövqelərinə havadan zərbələr endirir.

Saytda Axtarış

ახალი ამბები