Dalga Televiziyasi Gürcüstanın dövlət naziri etnik azlıq nümayəndələri olan tələbələrlə görüşüb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2135
DünənDünən5185
Bu həftəBu həftə2135
Bu ayBu ay49824
Bu günə qədərBu günə qədər8411455

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın dövlət naziri etnik azlıq nümayəndələri olan tələbələrlə görüşüb

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Tolerantlıq Günü çərçivəsində Gürcüstan Parlamentinin Milli Kitabxanasında Gürcüstanın Barışıq və Vətəndaş bərabərliyi məsələləri üzrə Dövlət naziri Paata Zakareişvili ilə Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan etnik azlıq nümayəndələri olan tələbələrlə görüş keçirilib.

"Dalğa TV"nin verdiyi məlumata görə, tədbirdə gürcü dilində universitetlərdə təhsil alan digər etnik nümayəndələri ilə birgə azərbaycanlı tələbələr də iştirak edib. Görüşdə dövlət naziri etnik və dini müxtəlifliyin vacibliyindən söhbət açıb.

"Gürcüstanda hər il keçirilən Tolerantlıq Günü cəmiyyətin əhval-ruhiyyəsini yüksəldən vacib tədbirlərdən biridir. Gürcüstan etnik və dini müxtəlifliklə fərqlənir və bu fərq Gürcüstanın sərvətidir. Biz dünyada bu müxtəlifliklə fəxr edirik. Bununla belə problemlərimiz də mövcuddur ki, onları həll etməliyik", dövlət naziri bildirib.

Görüşdə dövlət naziri tələbələrin müxtəlif suallarını cavablandırıb. O, eyni zamanda münaqişələrin tənzimlənməsinə aid suallara da cavab verib. Tədbirdə dövlət nazirliyinin müşaviri Zaur Darğallı da iştirak edib.

Saytda Axtarış

ახალი ამბები