Dalga Televiziyasi Gürcüstan və Türkiyə prezidentləri Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin tezləşdirilməsini müzakirə edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2927
DünənDünən4878
Bu həftəBu həftə26995
Bu ayBu ay7805
Bu günə qədərBu günə qədər8617596

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan və Türkiyə prezidentləri Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin tezləşdirilməsini müzakirə edib

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Türkmənistana səfəri çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşüb. APA-nın “Georgia Online”-ya istinadən verdiyi xəbərə görə, Gürcüstan prezidenti administrasiyasının məlumatına əsasən, dövlət başçıları görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini - Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin reallaşdırılmasının tezləşdirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin buraxılış qabiliyyətinin artırılması, Xəzər enerji resurlarının daşınmasında yeni imkanlara dair mövzuları müzakirə ediblər.

Gürcüstan prezidenti Azərbaycan, Türkmənistan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın genişləndirilməsinə dair öz fikirlərini bölüşüb.

Tərəflər həmçinin regional təhlükəsizliyə dair məsələləri müzakirə ediblər.

Türkiyə prezidenti Gürcüstanın ərazi bütövlüyünü bir daha dəstəkləyərək, Rusiyanın Abxaziya və Cənubi Osetiyanın separatçı rejimləri ilə sazişlər imzalamasını pisləyib.

“Türkiyə NATO-nun üzvü və Gürcüstanın tərəfdaşı olaraq, Gürcüstanın Alyansa üzv seçilməsinə dəstək verəcək”, deyə Ərdoğan görüşdə vəd edib.

Saytda Axtarış

ახალი ამბები