Dalga Televiziyasi Türkiyədə 3 ay əvvəl həbs olunan iki tanınmış jurnalist azadlığa buraxılıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3878
DünənDünən5185
Bu həftəBu həftə3878
Bu ayBu ay51567
Bu günə qədərBu günə qədər8413198

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Türkiyədə 3 ay əvvəl həbs olunan iki tanınmış jurnalist azadlığa buraxılıb

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Türkiyənin "Cümhuriyyət" qəzetinin baş redaktoru Can Dündar və qəzetin Ankara müxbiri Erdem Gül həbsdən azad ediliblər.

"Dalğa TV" Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən il noyabrın 26-da həbs olunan jurnalistlər dünən azadlığa buraxılıblar.

Qeyd edək ki, onlar silahlı terror təşkilatına üzv olmadan dəstək vermək və dövlət sirrini yaymaqda təqsirləndiriliblər. Jurnalistlər bu həbslə mətbuat azadlığının və onların şəxsi hüquqlarının pozulmasını əsas gətirərək, azadlığa buraxılmaları üçün ölkənin Konstitusiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə müraciətə baxıb və jurnalistlərin şikayəti təmin olunub.

Xatırladaq ki, jurnalistlər Türkiyədən Suriyaya silah daşıyan TIR-larla bağlı yaydıqları xəbərə və görüntülərə görə prokurorluğa dəvət olunublar. Onlar ifadə verdikdən məhkəmədə barələrində həbs qətimkan tədbirinin seçilib. Həmin vaxt prokurorluğun qərarı ilə bu mövzunun mediada işlənilməsinə rəsmən qadağa qoyulub.

Saytda Axtarış

ახალი ამბები