Dalga Televiziyasi Mövlud Çavuşoğlu: "Türkiyədə fəaliyyət göstərən terrorçulara ən böyük dəstəyi Almaniya verir"
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4853
DünənDünən5773
Bu həftəBu həftə41569
Bu ayBu ay47357
Bu günə qədərBu günə qədər8408988

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Mövlud Çavuşoğlu: "Türkiyədə fəaliyyət göstərən terrorçulara ən böyük dəstəyi Almaniya verir"

“Türkiyə ərazisində fəaliyyət göstərən terrorçulara ən çox Almaniya dəstək verir”.

“Dalga TV ” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 8-də keçirdiyi mətbuat konfransında bildirib.

"Təəssüf ki, Almaniya Türkiyə tərəfdə deyil. Bu ölkə davamlı olaraq anti-Türkiyə mövqeyində olanları qəbul edir. Biz onlardan terrorçu PKK qruplaşmasının Almaniyadakı 4 min üzvünü istədik. Onlar birini də vermədi. PKK Almaniyanın hər şəhərində Türkiyədə terrorçu fəaliyyətlə məşğul olanlara pul toplayır”, - deyə nazir vurğulayıb.

O, mövcud problemin həlli üçün ikitərəfli diplomatik danışıqlar yolunu göstərib.

M.Çavuşoğlu jurnalistin “Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayeri telefonda gözlətdiyiniz doğrudurmu” sualına cavabında deyib: "Almaniya bütün terror qruplaşmalarına qucaq açıb. Görəsən, belə dövlətlərin nazirləri nə düşünür? Almaniyanın xarici işlər naziri mənimlə danışmaq istəyərkən başqaları ilə görüşmüş ola bilərəm. Belə iş olmaz. Biz nə zaman imkanımız olsa, onda görüşərik” .

Saytda Axtarış

ახალი ამბები