Dalga Televiziyasi İstanbulda törədilən terror aktı nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4584
DünənDünən5773
Bu həftəBu həftə41300
Bu ayBu ay47088
Bu günə qədərBu günə qədər8408719

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İstanbulda törədilən terror aktı nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb

Ötən gün İstanbulun Beşiktaş rayonunda törədilən terror aktı nəticəsində ölənlərin sayı 39-a çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Hürriyət” məlumat verib.

Ölənlərdən 30-u polis əməkdaşı, 8-i isə mülki vətəndaşlardır. Hadisə nəticəsində 155 nəfər yaralanıb, onlardan 14-nün vəziyyəti ağır kimi qiymətləndirilir. Terror aktı ilə əlaqədar 13 şübhəli saxlanılıb.

Qeyd edək ki, birinci partlayış “Vodafon Arena” stadionunun çıxışı  yaxınlığında, polisin toplanma yerində baş verib. Partlayış avtomobilə quraşdırılmış,  məsafədən idarə olunan partladıcı qurğunun işə salınması vasitəsi ilə törədilib. Bundan 45 saniyə sonra terrorçu-kamikadze Maçka parkı ərazisində üzərindəki partladıcı qurğunu işə salmaqla ikinci partlayışı  törədib.

Saytda Axtarış

ახალი ამბები