Dalga Televiziyasi Azərbaycanla İsveçrə arasında vizaların asanlaşması təsdiqləndi
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4658
DünənDünən5773
Bu həftəBu həftə41374
Bu ayBu ay47162
Bu günə qədərBu günə qədər8408793

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycanla İsveçrə arasında vizaların asanlaşması təsdiqləndi

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Azərbaycanla İsveçrə arasında viza rejimi sadələşdirilir.

"Dalğa TV" Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” sazişin təsdiq edilməsi daxil edilib.

Bundan əlavə, Milli Məclisin iclasının gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” sazişin təsdiq edilməsi də daxil edilib.

Qeyd edək ki, hər iki saziş Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun 2016-cı il oktyabrın 10-da İsveçrəyə rəsmi səfəri çərçivəsində İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalter ilə görüşündə imzalanıb.

Hər iki saziş bu gün Milli Məclisdə təsdiq edilib. Bundan sonra iki ölkə arasında diplomatik və xidməti pasporta malik şəxslərin vizasız gediş-gəlişi təmin ediləcək və həmçinin digər kateqoriyadan olan şəxslərin viza almaları asanlaşacaq.

Saytda Axtarış

ახალი ამბები