Dalga Televiziyasi ABŞ Rusiyanı Abxaziya və Cənubi Osetiyanın "müstəqilliyi"ni tanımaqdan imtina etməyə çağırıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4737
DünənDünən5773
Bu həftəBu həftə41453
Bu ayBu ay47241
Bu günə qədərBu günə qədər8408872

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


ABŞ Rusiyanı Abxaziya və Cənubi Osetiyanın "müstəqilliyi"ni tanımaqdan imtina etməyə çağırıb

ABŞ Konqresi Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməni təsdiq edib. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, qətnamənin təsdiqinin lehinə 410, əleyhinə isə 6 səs verilib. Sənədə əsasən, ABŞ heç bir halda Gürcüstanın hər hansı bir hissəsinə Rusiyanın de-fakto nəzarətini tanımır.

Qətnamə Rusiyanın Gürcüstana hərbi müdaxiləsini və onun ərazilərinin işğalını və eyni zamanda işğal xətti boyunca Rusiyanın qanunsuz hərəkətlərini pisləyir.

Qətnamə, həmçinin Rusiyanı Gürcüstan əraziləri olan Abxaziya bölgəsi və Sxinvali rayonunun "müstəqilliyi"ni tanımaqdan imtina etməyə çağırıb.

Sənəddə konqresmenlər Amerikanın Gürcüstanla müdafiə və təhlükəsizlik sahələrində sıx əməkdaşlıq etməsinin vacibliyini qeyd ediblər.

Saytda Axtarış

ახალი ამბები