Dalga Televiziyasi Ərdoğan: Mən ölüm hökmünün bərpasını dəstəkləyəcəm
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5131
DünənDünən5773
Bu həftəBu həftə41847
Bu ayBu ay47635
Bu günə qədərBu günə qədər8409266

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ərdoğan: Mən ölüm hökmünün bərpasını dəstəkləyəcəm

Türkiyə parlamenti ölüm hökmü cəzasının bərpa edilməsi məsələsinə konstitusiyaya dəyişikliklərlə bağlı referendumdan sonra baxacaq.

Dalga tv-nin RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Türkiyədə ölüm hökmünün bərpa edilməsi məsələsi ölkədə ötən ilin iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddən sonra gündəmə gəlib.

“Ölüm hökmünün bərmasına dair müraciət parlamentə aprelin 16-dan sonra göndəriləcək. Müxəlifət partiyalarının liderləri Kemal Kılıçdaroğlu və Dövlət Bahçəli bu layihəni dəstəkləməyə söz veriblər. Əgər parlament qanun layihəsini qəbul etsə, mən bu qərarı dəstəkləyəcəm”, - Ərdoğan deyib.

Türkiyədə sonuncu ölüm hökmü 1984-cü ildə icra edilib. 2004-cü ilin may ayında Avropa İttifaqına daxil olmaq üçün ölkədə ölüm hökmü ləğv olunub.  

Saytda Axtarış

ახალი ამბები