Dalga Televiziyasi Ermənistanda parlament seçkilərində kütləvi pozuntu halları müşahidə olunur
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4775
DünənDünən5773
Bu həftəBu həftə41491
Bu ayBu ay47279
Bu günə qədərBu günə qədər8408910

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ermənistanda parlament seçkilərində kütləvi pozuntu halları müşahidə olunur

Bu gün yerli vaxtla saat 15.00-a qədər Ermənistanda keçirilən parlament seçkilərində pozuntularla əlaqədar Ermənistan Baş Prokurorluğuna 970 məlumat daxil olub.

Dalga tv-nin APA-ya istinadən verdiyi məlumata görə, Baş Prokurorluğun Xüsusi işlər üzrə idarəsinin rəis müavini Sevak Ovannisyan həmin məlumatlardan 131-də cinayət əməli aşkarlandığını bildirib.

Həmin məsələlər araşdırılması üçün İstintaq Komitəsinin regional bölmələrinə və Ermənistan Polisinə göndərilib. Bu məlumatlardan 48-i başqasının yerinə səs vermə, yaxud təkrar səsvermə, 26-ı gizli səsvermə, 9-u seçicinin müstəqil iradəsini ifadə etməyə maneə yaradılması, 15-i vəzifəli şəxslərin, müşahidəçilərin, komissiya üzvlərinin, KİV-lərin səlahiyyətlərini yerinə yetirməyə mane olma, 8-i seçicinin ələ alınması, 2-i seçki məntəqələrində qruplarla toplaşma, 23-ü seçicilərə təzyiq göstərilməsi ilə bağlı olub.

Saytda Axtarış

ახალი ამბები