Dalga Televiziyasi Qırğızıstanda matəm elan edilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2715
DünənDünən5773
Bu həftəBu həftə39431
Bu ayBu ay45219
Bu günə qədərBu günə qədər8406850

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Qırğızıstanda matəm elan edilib

Qırğızıstanın Oş vilayətinin Ayu kəndində torpaq sürüşməsi nəticəsində 24 nəfərin ölməsi ilə əlaqədar milli matəm elan edilib.

Dalga tv Oxu.Az-a istinadən verdiyi məlumata görə, bununla bağlı bu gün Qırğızıstan prezidenti Almazbek Atambayev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, 30 aprel milli matəm günü elan edilib. Bununla əlaqədar sabah ölkədə və Qırğızıstanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində bayraqlar yarıya qədər endiriləcək. Eyni zamanda televiziya və radio kanallarına həmin gün əyləncəli veriliş və proqramları ləğv etmək tövsiyə olunub. Dövlət başçısı həlak olan və xəsarət alanların  ailələrinə zəruri yardımların göstərilməsi barədə də tapşırıq verib.

Qeyd edək ki, aprelin 29-da yerli vaxtda səhər saat 07.20 radələrində  Oş vilayətinin Ayu kəndində güclü torpaq sürüşməsi baş verib, 24 nəfər torpaq kütləsi altında qalıb.

Saytda Axtarış

ახალი ამბები