Dalga Televiziyasi Türkiyədə faciə: Bu gecə 731 əsgər zəhərləndi
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2756
DünənDünən5773
Bu həftəBu həftə39472
Bu ayBu ay45260
Bu günə qədərBu günə qədər8406891

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Türkiyədə faciə: Bu gecə 731 əsgər zəhərləndi

Bu gecə Türk Silahlı Qüvvələrinin 731 əsgəri zəhərlənib.

 Dalga tv Sonxeber.az-a istinadən xəbər verir ki, hadisə Manisa şəhərində Piyada Təhsil Briqadasında baş verib. Briqadanın əsgərləri gecə yeməyindən az sonra ürək bulanması və qusma diaqnozu ilə təcili xəstəxanalara aparılıb.

Hadisədən dərhal sonra Türk Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanı Saleh Ağıllı Çolaq və Müdafiə Naziri Fikri İşıq hadisə yerinə gəlib.

Müdafiə naziri Fikri İşıq əsgərlərin həyatına təhlükə olmadığını bildirib və əlavə edib ki, əsgərləri yeməklə təmin edən şirkətlə müqavilə ləğv edilib.

Ən sonda isə bəlli olub ki, hüquq-mühafizə orqanları Piyada Təhsil Briqadasını yeməklə təmin edən şirkətin 21 əməkdaşını həbs edib.

Hazırda əsgərlərin müalicə və müayinəsi davam edir.

 

Saytda Axtarış

ახალი ამბები