Dalga Televiziyasi Kiyevdə aksiyaçılarla polis arasında toqquşma olub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2014
DünənDünən5773
Bu həftəBu həftə38730
Bu ayBu ay44518
Bu günə qədərBu günə qədər8406149

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Kiyevdə aksiyaçılarla polis arasında toqquşma olub

Kiyevdə Ali Rada binasının yaxınlığında keçirilən aksiyada polis və aksiya iştirakçıları arasında toqquşma  olub.

Dalga tv APA-ya istinadən verdiyi məlumata görə, Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili tribunada çıxışında bildirib ki, polis səs avadanlığı ilə təchiz olunmuş maşın vasitəsi ilə çıxışçıların səsinin aksiyaçılar tərəfindən eşidilməsinə mane olur.

M. Saakaşvili aksiyaçıları maşını götürməyə çağırıb. Polis maşına yaxınlaşan aksiyaçıların qarşısını almağa çalışıb və toqquşma baş verib. Aksiya təşkilatçıları mitinq iştirakçılarına qarşıdurmanı dayandırmağa çağırıb. Bundan sonra toqquşma dayanıb.

Qeyd edək ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu “Yeni Qüvvələr Hərəkatı” və digər müxalif partiyaların tərəfdarları oktyabrın 18-dən Ali Radanın qarşısındakı Konstitusiya meydanında aksiya keçirir. Aksiya təşkilatçıları və iştirakçıları parlamentdən deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda Antikorrupsiya Məhkəməsi yaratmağı tələb edirlər.

Saytda Axtarış

ახალი ამბები