Dalga Televiziyasi İraqda partlayış: 35 ölü, 90 yaralı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün609
DünənDünən5773
Bu həftəBu həftə37325
Bu ayBu ay43113
Bu günə qədərBu günə qədər8404744

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İraqda partlayış: 35 ölü, 90 yaralı

İraqın paytaxtı Bağdadda baş verən partlayış onlarla insanın həyatına son qoyub.

Oxu.Az xəbər verir ki, bu barədə BBC İraq KİV-ə istinadən məlumat yayıb.

Məlumata görə, şəhər mərkəzinin Təyaran meydanında eyni vaxtda iki terrorçu kamikadze özünü partladıb. Hadisə nəticəsində azı 35 nəfər həlak olub, 90-dan çox insan yaralanıb. Bu, son üç gün ərzində İraq paytaxtında baş vermiş sayca ikinci intihar partlayışıdır. Partlayış qurbanlarının çoxunun ərazidə müvəqqəti tikinti işləri axtaran fəhlələr olduğu güman edilir.

Paralel olaraq Bağdadın şimal-şərqində yerləşən Cəmilə rayonunda isə terrorçuların törətdiyi partlayış nəticəsində iki mülki şəxs həyatını itirib, altı nəfər yaralanıb. Terror hücumlarına görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməsə də, əsas şübhələr İŞİD-ə yönəlib.

İraq ordusunun uğurlu əməliyyatlarından sonra “İŞİD halqası” daraldığından terrorçular qisas olaraq paytaxt Bağdadı tez-tez hədəfə alır. 

Saytda Axtarış

ახალი ამბები