Dalga Televiziyasi Avropa Parlamenti Rusiyanın “Şərq Tərəfdaşlığı” ölkələrinə təzyiqləri ilə bağlı qətnamə qəbul etməyə hazırlaşır
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3304
DünənDünən5773
Bu həftəBu həftə40020
Bu ayBu ay45808
Bu günə qədərBu günə qədər8407439

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Avropa Parlamenti Rusiyanın “Şərq Tərəfdaşlığı” ölkələrinə təzyiqləri ilə bağlı qətnamə qəbul etməyə hazırlaşır

alt

Gələn həftə Avropa Parlamenti Rusiyanın “Şərq Tərəfdaşlığı” ölkələrinə təzyiqləri ilə bağlı debatlar keçirəcək və böyük ehtimalla buna dair qətnamə qəbul edəcək.


APA-nın xəbərinə görə, müvafiq qətnamə layihəsi Avropa Parlamentinin sentyabrın 11-12-də Strasburqda keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Avropa Parlamentinin vitse-prezidenti Yatsek Saryuş-Volski bildirib ki, sözügedən məsələni müzakirə etmək barədə qərar Avropa Parlamentinin Prezidentlər Konfransının sentyabrın 5-də keçirilən iclasında qəbul edilib: “Ermənistanın Gömrük İttifaqına qoşulması, Gürcüstan baş nazirinin Gömrük İttifaqına qoşulmağa baxılmasının mümkünlüyü barədə bəyanatı, Ukrayna ilə ticarət müharibəsi kimi məsələlər Rusiyanın “Şərq Tərəfdaşlığı” Proqramını sual altına qoymaq cəhdləridir. Şərq qonşularımızla assosiativ saziş barədə təklif və danışıqlar onları Rusiyanın təzyiqləri ilə üzbəüz qoyub. Avropa Birliyi özünün şərq tərəfdaşlarını Rusiyanın təzyiqlərindən müdafiə etmək məsuliyyəti daşıyır”.

Qeyd edək ki, Avropa Birliyi 2009-cu ildə “Şərq Tərəfdaşlığı” Proqramının icrasına başlayıb. Proqrama Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarus daxildir. Proqram AB-nin bu ölkələrlə yaxınlaşmasına və əməkdaşlığının möhkəmləndirilməsinə yönəlib.

Saytda Axtarış

ახალი ამბები