Dalga Televiziyasi Azərbaycan Filippinə 200 min dollar məbləğində maddi yardım edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün624
DünənDünən6004
Bu həftəBu həftə31567
Bu ayBu ay37355
Bu günə qədərBu günə qədər8398986

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan Filippinə 200 min dollar məbləğində maddi yardım edib

alt

Ötən il Filippində baş vermiş Hayyan qasırğasının fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti bu ölkəyə 200 min ABŞ dolları məbləğində vəsait ayırıb.


Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu vəsait BMT-nin Ümumdünya Ərzaq Proqramının Filippində həyata keçirdiyi humanitar yardım proqramları vasitəsilə zərərçəkmiş əhalinin əsas qida ehtiyaclarının ödənməsinə sərf ediləcək.

Xatırladaq ki, Hayyan qasırğası 2013-cü ilin 8 noyabr tarixində baş verib. Təbii fəlakət Filippində minlərlə insanın ölümünə və yüzlərlə evin tamamilə dağılmasına səbəb olub, ölkədə qida, su və digər ilkin ehtiyac məhsullarına kəskin ehtiyac yaranıb.

Yaranmış humanitar böhranın miqyasını nəzərə alaraq, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə Filippin hökuməti və BMT beynəlxalq ictimaiyyətə birgə müraciət edib. Bu müraciətə cavab olaraq dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatları ilə yanaşı, Azərbaycan da Filippinə yardım göstərib.

Saytda Axtarış

Son xəbərlər