Dalga Televiziyasi Luqanskda azərbaycanlı iş adamı qətlə yetirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2077
DünənDünən5185
Bu həftəBu həftə2077
Bu ayBu ay49766
Bu günə qədərBu günə qədər8411397

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Luqanskda azərbaycanlı iş adamı qətlə yetirilib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 
Luqansk Vilayət Administrasiyasının keçmiş yüksək vəzifəli əməkdaşı avtomobilində gülləbaran edilib

 Ukraynanın separatçıların nəzarəti altında olan Luqansk şəhərində Vilayət Administrasiyasının keçmiş əməkdaşı, azərbaycanlı iş adamı Nəsibov Nəsib Yadigar oğlu naməlum şəxslər tərəfindən öldürülüb.

Luqansk Vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, əslən Azərbaycanın Xankəndi şəhərindən olan, Ukrayna vətəndaşı, 1958-ci il təvəllüdlü N. Nəsibov sentyabrın 1-də şəhərin mərkəzindəki küçələrin birində öz avtomobilində gülləbaran edilib.

Aldığı çoxsaylı güllələrdən tanınmaz hala düşən N. Nəsibovun meyiti ailəsi tərəfindən Luqanskda dəfn edilib.

N. Nəsibov 1988-96-cı illərdə Luqansk Vilayət Administrasiyasında yüksək vəzifə tutub.

Hazırda şəhəri nəzarətdə saxlayan “Luqansk Xalq Respublikası”nın milisi N. Nəsibovun ölümü ilə bağlı cinayət işi qaldırıb, qatilin, yaxud qatillərin tezliklə tapılacağına dair ailəsinə söz verib.

Saytda Axtarış

Son xəbərlər