Dalga Televiziyasi Qarabağla bağlı beynəlxalq qalmaqal - Qərb şirkətləri 20 milyon dollara kənd salır - FOTO
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3878
DünənDünən5773
Bu həftəBu həftə40594
Bu ayBu ay46382
Bu günə qədərBu günə qədər8408013

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Qarabağla bağlı beynəlxalq qalmaqal - Qərb şirkətləri 20 milyon dollara kənd salır - FOTO

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində beynəlxalq şirkətlərin iştirakı ilə yeni ekokənd salınacaq.

"Dalğa TV"  Ermənistan KİV-nə istİnadən xəbər verir ki, Əsgəran rayonunun Həsənriz (ermənicə Norqyux) kəndinin yaxınlığında yaradılacaq mərkəz aqrar, təhsil və turizm sahələrində müəssisələrin cəmləşdiyi kompleks rolunu oynayacaq.

Oktyabrın 11-də Xankəndidə təqdimatı keçirilən layihəni Rusiyada yaşayan erməni biznesmeni Ruben Vardanyanın təsisçisi olduğu "İDEA" təşkilatı maliyyələşdirəcək. Bunun üçün biznesmen 20 milyon dollar vəsait ayırıb.

Eko-kəndin yaradılmasında İsveçrənin "Gutundgu" şirkəti əməkdaşları Kristian Müller və Rafael Enzler konsultant rolunda çıxış edəcəklər. İşğal altındakı torpaqlarda gerçəkləşəcək tikinti işlərinə isə Böyük Britaniyanın "Tim Flynn Architecs" memarlıq bürosunun rəhbəri Tim Flin başçılıq edəcək.

Ekokənd - bir qrup insan üçün ekoloji baxımdan təmiz ərazidə yaşamaq imkanı verən yaşayış tipinə deyilir. Belə kəndlərdə müalicəvi və istirahət mərkəzləri, ekoloji təmiz məhsulların istehsalı üçün aqrar müəssisələr və s. olur.

Saytda Axtarış

Son xəbərlər