Dalga Televiziyasi “SOCAR-Georgia” Tiflisdə tarixi binanın bərpası üçün unikal layihə reallaşdıracaq
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3213
DünənDünən5773
Bu həftəBu həftə39929
Bu ayBu ay45717
Bu günə qədərBu günə qədər8407348

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“SOCAR-Georgia” Tiflisdə tarixi binanın bərpası üçün unikal layihə reallaşdıracaq

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

ARDNŞ-nin Gürcüstandakı nümayəndəliyi Tiflis ərazisində olan tarixi binanın bərpasına qərar verib.

ARDNŞ-dən verilən məlumata görə, 1900-1905-ci illərdə memar Aleksandr Şimkeviç tərəfindən ucaldılmış bina əvvəlcə yerləşdiyi küçənin səviyyəsinə qaldırılacaq, sonra isə rekonstruksiya ediləcək.

Binanın qaldırılması işi iki il əvvəl Bakıda tarixi binanın yerinin dəyişdirilməsi kimi unikal layihəni həyata keçirmiş Hollandiyanın "Bresser" şirkətinə həvalə olunub. Tiflisdə tarixi binanın qaldırılması texniki nöqteyi-nəzərdən Cənubi Qafqazda və qonşu regionlarda ilk belə unikal layihə olacaq. Bina 3,4 metr hündürlüyə qaldırılacaq, bünövrəsi möhkəmləndirildikdən sonra bərpa edilərək ARDNŞ-nin Gürcüstandakı nümayəndəliyininqonaq evi kimi istifadə olunacaq.

Bu layihə Tiflis meriyası, Gürcüstanın Mədəniyyət Nazirliyi, Mədəni İrsin qorunması üzrə Milli Agentlik tərəfindən dəstəklənib.

Saytda Axtarış

Son xəbərlər