Dalga Televiziyasi Rövnəq Abdullayev: "Gürcüstana əlavə 500 mln. kubmetr qaz nəql olunacaq"
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün5004
DünənDünən5773
Bu həftəBu həftə41720
Bu ayBu ay47508
Bu günə qədərBu günə qədər8409139

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Rövnəq Abdullayev: "Gürcüstana əlavə 500 mln. kubmetr qaz nəql olunacaq"

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Azərbaycan Gürcüstana nəql olunacaq qazın həcmini artıracaq. "Dalğa TV" xəbər verir ki, bu barədə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib.

"Bilirsiniz ki, texniki imkanlar buna imkan vermirdi. Biz bu məsələni "Şahdəniz"; konsorsiumu ilə müzakirə etdik. Təbii ki, qışda qaza tələbat artır. Bilirsiniz ki, biz "Şahdəniz" konsorsiumundan qaz alırıq və o qazın bir qismi daxili bazar yönəlir, bir hissəsini isə Gürcüstan və Türkiyəyə satmaq ixtiyarımız var. Bununla biz əlavə olaraq "Şahdəniz" xətti ilə 500 mln. kubmetr qazın Gürcüstana nəql olunmasını təmin etdik. Gürcüstana əsasən 800 mln. kubmetr həcmində "Şahdəniz" qazı verilirdi. Bu rəqəmi biz 1,5 mlrd. kubmetrə qədər çatdırdıq. Bununla yanaşı, "Qazax" xətti ilə 1,5 mlrd. kubmetr həcmində qazın nəql olunması imkanı yarandı. Beləliklə, biz hazırkı və gələcək tələbatı ödəyə bildik", - deyə R. Abdullayev bildirib.

Saytda Axtarış

Son xəbərlər