Dalga Televiziyasi Gürcüstanda xristianlar və müsəlmanlar arasında qarşıdurma baş verib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3731
DünənDünən5185
Bu həftəBu həftə3731
Bu ayBu ay51420
Bu günə qədərBu günə qədər8413051

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda xristianlar və müsəlmanlar arasında qarşıdurma baş verib

Yerli müsəlman icmasına qəbiristanlıq üçün yer ayrılıb.

Gürcüstanın Samsxe-Cavaxeti bölgəsinin Adigeni rayon mərkəzində xristian və müsəlman gürcülər qarşıdurma baş verib.

"Dalğa TV" "Qruizya Online" istinadən xəbər verir ki, bir neçə nəfər xəsarət alıb.

Bu gün Adigeniyə Dini Məsələlər üzrə Dövlət Agentliyinin nümayəndələri səfər edərək, yerli ssakinlərlə görüşlər keçirəcəklər.

30 il öncə Adigeniyə Acarıstandan torpaq uçqunu nəticəsində evsiz qalan onlarla ailə köçürülüb. İslam dininə sitayiş edən köçkünlərin yerli əhali ilə problemləri olmayıb.

Lakin bu yaxınlarda Dini Məsələlər üzrə Dövlət Agentliyinin yerli müsəlman icmasına qəbiristanlıq üçün yer ayrılması haqqında qərarından sonra müəyyən narazılıq yaranıb.

Yerli xristianlar jurnalistlərə açıqlamasında müsəlmanların bundan sonra məscid tikintisini tələb edəcəyindən, ardınca isə Adigenidən köçürüləcəklərindən ehtiyat etdiklərini açıqlayıblar. Əlavə edək ki, son illərdə Adigenidə xristian ailəsində doğulmuş bir uşağa 3 müsəlman uşaq düşür.

Saytda Axtarış

Son xəbərlər