Dalga Televiziyasi Rəcəb Tayyib Ərdoğan: "Bakı-Tbilisi-Qars Pekin və London arasında dəmiryolu əlaqəsinin ən önəmli hissəsi olacaq"
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1327
DünənDünən5773
Bu həftəBu həftə38043
Bu ayBu ay43831
Bu günə qədərBu günə qədər8405462

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Rəcəb Tayyib Ərdoğan: "Bakı-Tbilisi-Qars Pekin və London arasında dəmiryolu əlaqəsinin ən önəmli hissəsi olacaq"

"Bu ilin sonunda Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı gözlənilir. Bu, Pekin və London arasında dəmiryolu əlaqəsinin ən vacib hissəsi olacaq."

"Report"un verdiyi xəbərə görə, bunu İstanbulda keçirilən Maliyyə Konqresində Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident həmçinin bildirib ki, səkkiz il davam edən qlobal böhranın neqativ nəticələrini yalnız islahat yolu ilə aradan qaldırmaq mümkündür.

Onun sözlərinə görə, dəyişikliklərin baş verməməsi onunla nəticələndi ki, dünya iqtisadiyyatı hələ də 2008-ci ilin həcminə çata bilməyib.

R.T.Ərdoğan vurğulayıb ki, ciddi çətinliklərə baxmayaraq, Türkiyə iqtisadiyyatı ümumdünya göstəricilərini üstələyən artım göstərib: "Eyni zamanda böyük dövlətlərin orta inkişaf göstəriciləri 2% səviyyəsindədir". 

O diqqətə çatdırıb ki, Türkiyədə iqtisadi inkişaf tempi 3-4% civarındadır, baxmayaraq, ölkə qeyri-sabit regionda yerləşir.

"Qlobal iqtisadi böhran başlayanda demişdim ki, Türkiyə onun öhdəsindən gələcək. Bəziləri mənim sözlərimə qeyri-ciddi yanaşdı. Ancaq reallıq onu göstərdi ki, 2009-cu ildə cüzi geriləmə istisna olmaqla, Türkiyənin iqtisadiyyatı rekord sürətlə artdı. Bundan başqa, ölkədə dövlət çevrilişinə cəhd oldu. Buna baxmayaraq, meqalayihələrin reallaşması davam etdirildi", - R.T.Ərdoğan deyib.

Saytda Axtarış

Son xəbərlər