Dalga Televiziyasi Marneulidə 17 yaşlı qız qaçırılıb: Polis axtarış aparır
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4875
DünənDünən5773
Bu həftəBu həftə41591
Bu ayBu ay47379
Bu günə qədərBu günə qədər8409010

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Marneulidə 17 yaşlı qız qaçırılıb: Polis axtarış aparır

Gürcüstanın Marneuli rayonunun kəndlərindən birində 17 yaşlı qız onunla zorla evlənmək istəyən kişi tərəfindən qaçırılıb.

Dalga tv Xeber.ge-yə  istinadla xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Baya Pataraya məlumat verib.

Patarayanın sözlərinə görə, qız kənd məktəbi yaxınlığında özündən 10 yaş böyük olan kişi tərəfindən qaçırılıb. Bu barədə polisə qaçırılmanın şahidi olan müəllim məlumat verib.

Gürcüstanın Daxili İşlər Nazirliyində qanunsuz azadlıqdan məhrumetmə maddəsi ilə iş qaldırılıb. Bu maddəyə əsasən, iki ildən dörd ilədək həbs nəzərdə tutulur.  

İnsident dünən baş verib. Qız qaçıranın şəxsiyyəti müəyyən olunub. Polis kişi və qızın axtarışına başlayıb, lakin bu vaxta qədər başqa məlumat yoxdur.

Pataraya bununla bağlı polisi fəaliyyətsizlikdə günahlandırıb.

“Qızın ailəsi oturub qəzəblə gözləyir, patrul tələsmir. Kim bilir, bəlkə həmin kişi qızı zorlayıb və döyüb. Heç kəs heç nə etmir, bu heç kəsi narahat etmir”, - Pataraya Facebook səhifəsində yazıb.

Saytda Axtarış

ახალი ამბები