Dalga Televiziyasi Zaqatalada ağır qəza: Ailənin dörd üzvü yaralanıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2933
DünənDünən5773
Bu həftəBu həftə39649
Bu ayBu ay45437
Bu günə qədərBu günə qədər8407068

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Zaqatalada ağır qəza: Ailənin dörd üzvü yaralanıb

Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir ailənin dörd üzvü yaralanıb.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAz” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1949-cu il təvəllüdlü Adil Hacıməmməd oğlu Vəliyev və onun sərnişinləri - 1953-cü il təvəllüdlü Ramazan Ərəb oğlu Balayev, 1981-ci il təvəllüdlü Gülpəri Ramazan qızı Balayeva və 2016-cı il təvəllüdlü Əsrəd Ramil qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Saytda Axtarış

Son xəbərlər