Dalga Televiziyasi Gürcüstan parlamentinin vitse-spikeri: “Milli azlıqların cəmiyyətə inteqrasiyası ilə bağlı proqramların sayı artırılmalıdır”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3301
DünənDünən5773
Bu həftəBu həftə40017
Bu ayBu ay45805
Bu günə qədərBu günə qədər8407436

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan parlamentinin vitse-spikeri: “Milli azlıqların cəmiyyətə inteqrasiyası ilə bağlı proqramların sayı artırılmalıdır”

“Gürcüstanda yaşayan milli azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyası istiqamətində həyata keçirilən proqramların sayını artırmaq lazımdır”.

Bu barədə APA-nın yerli bürosuna açıqlamasında Gürcüstan parlamentinin vitse-spikeri, Təhsil, elm və mədəniyyət komitəsinin üzvü Sergi Kapanadze deyib. 
 

“Son illər ərzində milli azlıqlar üçün nəzərdə tutulan gürcü dilinin tədrisi proqramları öz bəhrəsini verir. Bu proqramın köməyi ilə milli azlıqlardan olan gənclər təhsillərini Gürcüstanın ali məktəblərində davam etdirirlər. Bu cür proqramlar real olaraq milli azlıqların Gürcüstan cəmiyyətinə inteqrasiyasına kömək edir”, - deyə o söyləyib.  
 

Deputatın sözlərinə görə, inteqrasiya üzrə proqramları daha da inkişaf etdirib onlara əlavə resurs və diqqət ayırmaq lazımdır. 
Milli azlıqların kompakt yaşadığı bölgələrdə yerləşən məktəblərdə tədrisin səviyyəsinə toxunan S. Kapanadzenin fikrincə, bölgələrin inkişaf səviyyəsi məktəblərə də təsir edir: “Həmin məktəblərin problemlərini gürcü dilli məktəblərin problemlərindən ayrı nəzərdən keçirilməsinin tərəfdarı deyiləm. Bölgə məktəblərində tədrisin səviyyəsi oradakı iqtisadi inkişaf və həyat səviyyəsindən çox asılıdır. Ötən əsrin 90-cı illərində milli azlıqların yaşadığı bölgələrin iqtisadi inkişaf baxımından böyük problemləri olub və onlar Gürcüstanın digər hissəsindən kənarda qalıb. Hazırda bu problemlərin tam aradan qaldırılması üzrə işlər aparılır və bu, zaman tələb edir”.

Saytda Axtarış

Son xəbərlər