Dalga Televiziyasi Zəlzələ nəticəsində Bərdə, Ağdam və Tərtər rayonlarına dəyən ziyan açıqlandı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4069
DünənDünən5773
Bu həftəBu həftə40785
Bu ayBu ay46573
Bu günə qədərBu günə qədər8408204

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Zəlzələ nəticəsində Bərdə, Ağdam və Tərtər rayonlarına dəyən ziyan açıqlandı

Zəlzələ nəticəsində Bərdə, Ağdam və Tərtər rayonlarına dəyən ziyan açıqlanıb.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vidadi İsayev Report-un Qarabağ bürosuna bildirib ki, zəlzələ nəticəsində Bərdə rayonu ərazisində 150-ə yaxın evə ziyan dəyib: "Daha çox məcburi köçkünlərin məskunlaşdığı rayonun Meşəçilik massivində yaşayış evlərinə ziyan dəyib. Həmin massivin ərazisində bir ev tamamilə dağılıb".

Ağdam RİH-in başçısı Raqub Məmmədov Report-un yerli bürosuna bildirib ki, rayon ərazisində 5.7 bal gücündə zəlzələ qeydə alınıb: "Baş verən zəlzələ nəticəsində rayon ərazisində 127 evə, 1 məktəb binasına ziyan dəyib. Bundan başqa, rayonun Üçoğlan kəndi ərazisində bir ev tamamilə dağlıb". 

Tərtər RİH-in başçısı Müstəqim Məmmədov Report-un yerli bürosuna bildirib ki, baş verən zəlzələ daha çox rayonun İsmayılbəyli və Evoğlu kəndlərinə ziyan vurub: "Belə ki, rayon ərazisində 9 evə ziyan dəyib, 3 ev isə tamamilə dağılıb. Bundan başqa, bir tövlə tamamilə dağılıb və həmin zaman tövlədə heyvanları yemləyən kənd sakini dağıntıların altında qalaraq xəsarət  alıb". 

Qeyd edək ki, baş verən təbii fəlakətlə bağlı hər üç rayonda ziyanların hesablanması üçün araşdırmalara başlanılıb.

Saytda Axtarış

Son xəbərlər