Dalga Televiziyasi Göyçayda sərnişinlə dolu avtobus aşdı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün691
DünənDünən5773
Bu həftəBu həftə37407
Bu ayBu ay43195
Bu günə qədərBu günə qədər8404826

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Göyçayda sərnişinlə dolu avtobus aşdı

Göyçay rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Dalga tv xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sürücü Bəkir Mustafayev Göyçay-Sumqayıt xətti üzrə idarə etdiyi 85-BX-719 dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı mikroavtobusun qəflətən qarşısına çıxan “VAZ 2106” markalı minik avtomobilini vurmamaq üçün manevr edərkən idarəetməni itirib. Mikroavtobus yolun kənarındakı su arxına aşıb.

Hadisə zamanı sürücü Bəkir Mustafayev və sərnişinlərdən, 1956-cı il təvəllüdlü Rəsulova Nailə Məmmədhüseyn qızı, 1993-cü il təvəllüdlü Abbasov Elnur Ruslan oğlu və 1976-cı il təvəllüdlü Məmmədov Allahverdi Zabit oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha iki sərnişinin yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Saytda Axtarış

Son xəbərlər