Dalga Televiziyasi Bakıda mənzildə partlayış olub, bir nəfər xəsarət alıb, 20 nəfər təxliyə olunub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün626
DünənDünən5773
Bu həftəBu həftə37342
Bu ayBu ay43130
Bu günə qədərBu günə qədər8404761

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakıda mənzildə partlayış olub, bir nəfər xəsarət alıb, 20 nəfər təxliyə olunub

Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində ikimərtəbəli çoxmənzilli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzillərdən birinin mətbəxində məişət qazının sızması nəticəsində partlayış baş verib.

FHN-dən APA-ya verilən məlumata görə, yanğın hadisəsi olmayıb.

Nəticədə mənzilin arakəsmə və xarici divarları, pəncərə və qapı çərçivələri qismən dağılıb.

Partlayış zamanı ev sahibi, 1962-ci il təvəllüdlü Musayev Fərhad Musa oğlu xəsarətlər alıb. Ona Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilib.

20 nəfər bina sakini əraziyə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Aidiyyəti qurumlar partlayış hadisəsi ilə bağlı məlumatlandırılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Saytda Axtarış

ახალი ამბები