Dalga Televiziyasi Gürcüstanda 17 yaşlı azərbaycanlı qız özünü güllələdi
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1113
DünənDünən4904
Bu həftəBu həftə23884
Bu ayBu ay89831
Bu günə qədərBu günə qədər8357302

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda 17 yaşlı azərbaycanlı qız özünü güllələdi

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların kompakt yaşadığı Qaracalar kəndində ölüm hadisəsi baş verib.

alt

Hadisə barədə Kaxeti Mətbuat Mərkəzinin rəhbəri Maya Mamulaşvili  məlumat verib.

Onun sözlərinə görə, Qaracalar kənd orta məktəbinin 11-ci sinif şagirdi, 17 yaşlı Samirə Bəxtiyaraova silahdan atəş açaraq özünü güllələyib.

Telavi rayon xəstəxanasının həkimi Zurab Canaşvilinin məlumatına görə, hadisə nəticəsində S. Bəxtiyarova boğazından və sinə nahiyəsindən yaralanıb və hadisə yerində həlak olub. Hadisə yerinə polis patrul xidməti gəlib. Hadisə ilə bağlı cinayət işi qaldırılıb və hadisənin baş vermə səbəbi araşdırılır.

Qeyri rəsmi məlumata görə, ölümə səbəb valideynlərin 17 yaşlı gənc azərbaycanlı qızı sevmədiyi şəxslə ailə qurmağa məcbur etmək olub.   

Saytda Axtarış

Son xəbərlər