Dalga Televiziyasi Gürcüstanda parlament seçkilərində iştirak edən azərbaycanlı namizədliyini geri götürüb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün602
DünənDünən5185
Bu həftəBu həftə602
Bu ayBu ay48291
Bu günə qədərBu günə qədər8409922

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda parlament seçkilərində iştirak edən azərbaycanlı namizədliyini geri götürüb

Azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonundan parlament seçkilərində təşəbbüs qrupu ilə deputatlığa müstəqil olaraq namizəd irəli sürülmüş və Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş Namiq Hacıyev namizədliyini geri götürüb.APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə namizədin özü məlumat verib.

Deputatlığa namizəd Namiq Hacıyev APA-ya açıqlamasında bütün müsəlmanları birliyə və həmrəyliyə çağıran müqəddəs Qurban Bayramı günündə parlamentə deputatlığa namizədliyini geri götürdüyünü bildirib: “Mən birlik və həmrəylik naminə belə bir addım atdım. Məni tanıyanlar və bölgədəki seçki durumu barədə məlumatlı olanlar yaxşı bilir ki, reytinqim və potensialım digər namizədlərdən heç bir parametrə görə əskik deyildi. Buna rəğmən, mən səslərimizin bölünməməsi üçün bu addımı atdım. Ümidvaram ki, bu addımım digər namizədlər üçün də örnək olacaq. Düşünürəm ki, ümumi məqsədlər naminə şəxsi ambisiyalardan vaz keçməyi bacarmaq lazımdır. Ulu Tanrı millətimizə, dövlətimizə və onun bütün vətəndaşlarına xoş gələcək, rifah və əmin-amanlıq nəsib etsin”, - deyə Namiq Hacıyev vurğulayıb.

Qeyd edək ki, parlamentə deputatlığa müstəqil namizəd olan Namiq Hacıyev Azərbaycanın əməkdar mədəniyyət İşçisidir. O, hazırda Heydər Əliyev adına Tiflis Dövlət Dram Teatrının direktor müavini vəzifəsində çalışır, həmçinin Gürcüstan Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Qiymətləndirmə və İmtahan Mərkəzinin xarici dillər üzrə qrupun əməkdaşıdır. O, Şota Rustaveli adına Tiflis Dövlət Teatr və Kino Universitetinin aktyorluq və rejissorluq fakültəsini və Dövlət İdarəçilik İnstitutunun hüquq fakültəsini bitirib.  

35 yaşında olan Namiq Hacıyev gürcü dilini mükəmməl bilir və onun rejissorluğu ilə bir çox xarici və Azərbaycan dram əsərləri teatrda tamaşaya qoyulub.

Qeyd edək ki, Bolnisi seçki dairəsindən 5 nəfər azərbaycanlı parlament seçkilərində öz namizədliyini irəli sürüb.

Saytda Axtarış

Son xəbərlər