Dalga Televiziyasi Bakıda tanınmış yazar özünü 17-ci mərtəbədən atdı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4505
DünənDünən5773
Bu həftəBu həftə41221
Bu ayBu ay47009
Bu günə qədərBu günə qədər8408640

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bakıda tanınmış yazar özünü 17-ci mərtəbədən atdı

Bakıda 28 yaşlı oğlan özünü binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. 

Dalga tv  Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib. 

Belə ki, Süleyman Sani Axundov küçəsi 31/23 ünvanındakı binanın 17-ci mərtəbəsində yerləşən mənzildə kirayə yaşayan 1989-cu il təvəllüdlü Abdullayev Mövlud İsmayıl oğlu özünü eyvandan yerə atıb.

M.Abdullayev hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, intihar edən Abdullayev Mövlud gənc yazar Mövlud Mövluddur. 

“Dalga tv”nin əldə etdiyi məlumata görə, intihar edən şəxs gənc yazar Mövlud Mövluddur. O, jurnalist Sevinc Fədai ilə evli idi, onlar ailədaxili problemlərə görə boşanma ərəfəsində olublar. Cütlük uzun müddət imiş ki, birlikdə yaşamırmış.

Saytda Axtarış

ახალი ამბები